Azərbaycanda bəzi rayonlarda yollar buz bağlayacaq - XƏBƏRDARLIQ



Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 30-da ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı, dağlıq və dağətəyi rayonlarda isə yolların buz bağlayacağı ehtimalı var.

Hiç yorum yok:

Yorum Gönder

Pages