Zərgər və onun ilham pəriləri - FOTO/VİDEO



“9 İlham Pərisi” layihəsi italyan zərgər Roberto Koinə ilham verən doqquz gözəl, uğurlu və istedadlı Azərbaycan qadınını bir araya gətirir.

“Roberto Koin” Zərgərlik Evinin tarixçəsi onun təsisçisinin taleyi kimi heyrətamizdir. O, Venesiyada anadan olub. Roberto Koin ona hər şeydə, o cümlədən memarlıq abidələrində, rəsm əsərlərində və insanlarda gözəlliyi görməyi öyrədən doğma şəhərini “açıq səma altında muzey” adlandırır. Koin dünya şöhrətli zərgər olmazdan əvvəl uzun müddət otel biznesində çalışıb. O, hətta 1970-ci illərin ortalarında zərgərlik biznesinə başladıqdan sonra öz dizaynına uyğun yaratdığı zinət əşyalarını digər şirkətlərə satırdı. İdeyalarının bolluğunu, əla zövqünü və gözəlliyi paylaşmaq arzusunu ilk növbədə özünə sübut etməsi üçün ona vaxt lazım idi.

Beləcə, 1996-cı ildə “Viçenzada Roberto Koin” brendi yaradıldı. Brendin təsisçisi deyir ki, qadınları hər zaman fərqli görmək arzusundadır:

“Mən həmişə brendimin digərlərindən fərqlənməsini istəmişəm. Bir çox şirkətlər müxtəlif qadınlara eyni zinət əşyalarını təklif edir, mən isə qadınların bir-birinə bənzəməsini istəmirəm. Mən qadınların bir-birindən fərqli zinət əşyalarını taxmasını görmək arzusundayam. Mən hər bir qadına seçim azadlığı, öz istədiyi kimi olmaq imkanı vermək istəyirəm”.

Qadınlar bunu dərindən hiss edir. Onların gücü, bənzərsiz cazibəsi və gözəlliyi Roberto Koin kolleksiyalarına ilham verir, məşhur zərgərlik dizaynerinin həyat təcrübəsi isə onların hər birinə yalnız öz həyatını deyil, bütün dünyanı yaxşılığa doğru dəyişməyə kömək edir. Azərbaycanın doqquz gözəl qadını Roberto Koinin ilham pərisinə çevrilib. Onlar özləri və məşhur italyan brendinin zinət əşyalarına olan sevgiləri haqqında danışıblar.

İlahə Əliyeva deyir: “Roberto Koin daim axtarışdadır. Onun köməyilə hər bir qadın öz şəxsiyyətini əks etdirən zinət əşyası tapa bilər. Roberto Koinin başqalarının görmədiyini görmək əzmi və istedadı, dəbə deyil, öz yaradıcı üslubuna olan sədaqəti onu digərlərindən fərqləndirir”. 17 yaşından aşpazlıqla maraqlanan İlahə nəhayət öz kulinariya master-klasları studiyasını açıb.

Nərgiz Babayeva xeyriyyəçiliklə məşğuldur (ürək qüsurundan əziyyət çəkən 5346 uşaq onun fondu hesabına əməliyyat olunub) və hər zaman ziyafətlər təşkil etmək, qonaq qəbul etmək arzusunda olub. Artıq onun öz restoranı var.

Hədiyyə mağazasının təsisçisi Nərgiz İbrahimova “Roberto Koin” brendinin dizayn ideyalarının müxtəlifliyini bəyənir: “Bütün bunların hamısı birlikdə bir növ ziddiyyət təşkil edir, amma məncə, bu ziddiyyət hər bir qadında mövcud olmalıdır. İnsanın öz təbiətinin müxtəlif tərəflərini qəbul etməsi və ifadə etməsi çox vacibdir”.

Ailəsinə zidd olaraq 21 yaşında diceylik təhsili almağa başlayan və özünü səhnədə dicey konsolu arxasında tapan Mira da zinət əşyalarının seçilməsində hər kəsin öz fərdi tərzinin olmasının vacibliyindən danışır.

Zarina Əhmədova  özünü “Roberto Koinin yaradıcılığa olan sevgisində və hər bir insanı bir şəxsiyyət kimi təqdim etmək istəyində” tapır. 6 il əvvəl atasından fotoaparat hədiyyə aldıqdan sonra, o, çəkilişlərə maraq göstərib və gələcəyini məhz bu işlə əlaqələndirəcəyini anlayıb.

Aysu Mirzəzadə  uşaqlıqdan arzu etdiyi kimi keramika rəssamı olub və müştəriləri üçün hazırladığı qab-qacaqla bəzədilmiş süfrələrin fotosunu alanda özünü xoşbəxt hiss edib: 

“Roberto Koin” brendinin dizaynları və mənim yaradıcılığım təbiətdən ilham alıb. Bu zərgərlik brendi öz zinət əşyaları ilə palitranı, fakturanı və zərifliyi duymağa kömək edir. Ümid edirəm, mən də öz məhsullarımda buna nail ola biləcəyəm”.

“Roberto Koin” brendinin ilham pəriləri italyan zərgərinin hər bir əsərini bəzəyən və onun vizit kartına çevrilmiş məşhur qırmızı yaqutu da diqqətdən kənarda qoymayıb. Üzüyün və ya asqının içərisinə bərkidilmiş kiçik qırmızı korund zərgərin şəxsi imzası və Roberto Koinin necə bir brend olduğunu bilənlər üçün gizli işarədir. Əfsanəyə görə, bu yaqut sahibəsinin dərisinə toxunaraq ona uğur gətirir. Yaqut haqqında fikirlərini bir vaxtlar həvəskar dizayner olmuş, hazırda isə özünün “Parcha” dəb studiyasını açmış Aysel Sadıqova  paylaşır.

Lənkəranlı müasir rəssam Fidan Əbilova  Roberto Koin yaqutunun bu brendin bütün zərgərlik əsərlərini birləşdirən görünməz bağ olduğunu deyir: “Roberto Koinin zinət əşyasını Azərbaycanda taxdıqda sanki dünyanın o başında bu brendin zinət əşyasını taxmış şəxslə əlaqədə oluram. Bu, mənim çox xoşuma gəlir”.

Mədinə Quliyeva  süfrə bəzəməyi və rahatlıq yaratmağı hər şeydən çox sevir. Məclis təşkil etmək təklifi alanadək, o, evdə hazırladığı səhər yeməklərinin fotolarını sosial şəbəkələrdə paylaşırdı. O, dövlət strukturunda darıxdırıcı vəzifəsini sevimli iş və 40 min abunəçisi olan Cozy by Madi səhifəsi ilə əvəz edib. “Roberto Koinin zinət əşyalarına baxanda bu zərgərin təxəyyülünün nə dərəcədə dərin olduğunu anlayıram. Roberto Koinlə görüşsəydim, ona yaradıcılığına, zinət əşyalarında gözəlliyi görmək imkanı verdiyinə və milli çiçəyimiz olan Xarı Bülbülü qiymətli daş-qaşlarla işlənmiş bəzək sancaqlarında təcəssüm etdirdiyinə görə təşəkkür edərdim”.

Bir zamanlar qadın gözəlliyi Roberto Koini həyatında köklü dəyişikliklər etməyə və zərgər olmağa vadar etmişdi. Hazırda isə onun zinət əşyaları gözəl qadınları yaradıcılığa, sevgiyə və yeni nailiyyətlərə ruhlandırır.

Layihə ilə ətraflı tanış olmaq üçün sayta keçid edin: www.9muses.az

Hiç yorum yok:

Yorum Gönder

Pages