“Laçın-Xankəndi yolundakı vəziyyət əvvəl-axır dəyişəcək. Amma bunun üçün Ermənistanda siyasi hakimiyyətdə olanlar və Qarabağdakı separatçı rejim adekvat addımlar atmalıdır”.
Bunu Baku TV-də yayımlanan “Baku Analitik” verilişində millət vəkili Cavanşir Feyziyev deyib.
O bildirib ki, vəziyyətin dəyişməsi üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir.
“Bu məsələdə Rusiya sülhməramlılarının da rolu var. Onlar öz missiyalarını nə qədər tez yerinə yetirsələr, bu hadisələr də o qədər tez sona çatacaq”, - deyə millət vəkili əlavə edib.
Hiç yorum yok:
Yorum Gönder