Şuşada qar yağıb, ətraf ağ örpəyə bürünüb. Hər fəsildə füsunkar olan əbədi yurdumuz hazırda qarlı və dumanlı mənzərəsi ilə qış nağıllarının hüzurlu, sakit və sehrli xəyallarını xatırladır.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “Facebook” hesabında paylaşım edib.
İ.İbrahimova Şuşadakı hava durumu barədə də məlumat verib.
“Şuşada qarın hündürlüyü 5 santimetrədəkdir. Gecə və səhər havanın şaxtalı keçməsi nəticəsində yolların buz bağlaması müşahidə olunub. Günorta saatlarında isə havanın temperaturunun 0 dərəcə ətrafında olması gözlənilir”.
Hiç yorum yok:
Yorum Gönder