Şəhid Mayor Rahib Babayevin foto tablosu gecə saat 02:15 radələrində oğurlanır?



Cənab prezident Qanun qayda yerli icra strukturlarına bu qədərmi özbaşınalıq verib ki, Sumqayıt şəhərində Şəhid Mayor Rahib Babayevin foto tablosu gecə saat 02:15 radələrində oğurlanır? Bilirsiniz söhbət hansı Şəhiddən gedir? Rahib o rahibdir ki, Canavar postunun azad edilməsində şəxsən iştirak edərək qəhrəmancasına həlak olmuşdur. Bu qədərmi harınlayıb bu məmurlar? Bu qədərmi özbaşınalıq yaranıb hər gələn ağlına əsəni etsin? Şəhidimizin xanımı Aygün xanımın şikayəti əsasında bu görüntülər əldə edildi və sonunacan da gediləcək bu işin. Ey saxtakar məmurlar Şəhidlərimizin haqları haramınız olsun. Bu qədər şərəfsizlik sizin yanınıza qalmayacaq Bu iş burada bitmədi.
                                     İlqar Əlioğlu 


Hiç yorum yok:

Yorum Gönder

Pages