Türkiyənin Mardin hava limanına Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərin adı veriləcək.
Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlə başçısı Mardində bir sıra obyektlərin açılış mərasiminə qatılıb.
O, şəhərin 15 İyul Demokratiya və Şəhidlər Meydanında yerli sakinlərlə görüşüb.
Məlumata görə, Türkiyə Prezidenti ilə görüşmək üçün 75 min nəfər meydana axışıb.
Mənbə: Anadolu
Hiç yorum yok:
Yorum Gönder