Ərdoğan birgə təlimlərin şəxsi heyətinə xitab etdi: “Dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz”



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qardaş yumruğu” Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin başa çatması münasibətilə təlimlərə cəlb edilən şəxsi heyəti təbrik edib.

Türkiyə lideri təlimləri izləyən milli müdafiə naziri Hulusi Akarla telefon əlaqəsi yaradaraq hərbçilərə xitab edib.

“Bir millət, iki dövlət” anlayışı ilə bu təlimləri uğurla həyata keçirdiniz. Sizlər dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz”, - deyə R.T.Ərdoğan bildirib.

O, çətin relyef və kəskin hava şəraitində keçirilən təlimlərin iki ölkənin ordularının da güclənməsinə töhfə verəcəyini qeyd edib.

“Bundan sonrakı təlimlərdə bu güc sizin ən vacib hərəkətverici qüvvəniz olacaq. Türkiyə və Azərbaycan bu təlimlərlə həmrəyliyini, birliyini gələcəkdə daha da gücləndirərək davam etdirəcək. Türkiyə olaraq biz bütün azərbaycanlı qardaşlarımızı candan sevirik. Candan sizi bağrımıza basırıq. Bu təlim də göstərir ki, biz bir-birimizlə ətlə sümük kimiyik. Kimsə bizi bir-birimizdən ayıra bilməz, Allahın izni ilə də ayıra bilməyəcək! İlham Əliyev qardaşımı da göstərdiyi qardaşlıq, sevgiyə görə ürəkdən təbrik edir, sizləri gözlərinizdən öpürəm. Sağ olun, var olun!”

Hiç yorum yok:

Yorum Gönder

Pages