Bakıda yeraltı piyada keçidinə dolan su boşaldılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində (“Qış parkı” ərazisində) yeraltı piyada keçidinə su dolması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən subasmaya məruz qalmış keçiddən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib.
Hiç yorum yok:
Yorum Gönder