Könüllülər və gənclər təşkilatları Qarabağda ekoloji təcavüzə qarşı aksiyaya dəstək verirlər - FOTO



Şuşa-Xankəndi yolunun Rusiya sülhməramlılarının nəzarətində olan bir hissəsində azərbaycanlı ekofəallar və vətəndaş cəmiyyəti üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyasına Azərbaycan könüllüləri və gənclər də qoşulublar.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdə təbii sərvətlərimizin qeyri-qanuni yolla istismarı və talanması, bununla təbiətə və ekologiyaya ciddi xələl gətirilməsinə haqlı olaraq etiraz edən ekoloji fəallara dəstək olan könüllü gənclər “Ekoloji terrora son!”, “Rusiya sülhməramlıları ekoloji terrora göz yumurlar!”, “Sülhməramlılar öz missiyalarını düzgün yerinə yetirməlidirlər!”, “Gənclər ekoloji təcavüzü dayandırmağı tələb edirlər!” kimi şüarlar səsləndirərək dünya ictimaiyyəti baş verən bu qanunsuzluqlara göz yummamağa çağırıblar.

Onlar, digər nümayişçilər kimi, Rusiya sülhməramlılarının komandanının aksiya iştirakçılarının önünə çıxıb hesabat verməsini, əvvəl razılaşdırıldığı kimi, Azərbaycanın ekspertlərinin sülhməramlıların nəzarət etdikləri ərazilərdə monitorinq aparmasına şərait yaradılmasını, sülhməramlıların öz vəzifə səlahiyyətlərini aşmamasını və qanunsuz hərəkətlərin iştirakçılarına çevrilməməsini tələb ediblər.

Könüllü gənclər qanuni tələblərinin yerinə yetirilməsinədək aksiyaya davam etmək niyyətindədirlər.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages