Şuşa-Xankəndi yolunun Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində azərbaycanlı ekofəallar və vətəndaş cəmiyyəti üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyasına Azərbaycan könüllüləri və gənclərinin dəstəyi davam edir.
Rusiya sülhməramlılarının blokladığı Şuşa-Xankəndi yolunda sülhməramlılarla üz-üzə sivil şəkildə, öz konstitusion hüquqlarından istifadə edərək təbii sərvətlərimizin qeyri-qanuni yolla istismarı və bu qanunsuzluğa göz yumulmasına etiraz edən könüllü gənclər Azərbaycan dövlət qurumları nümayəndələrinin və vətəndaş cəmiyyəti üzvlərinin bununla bağlı monitorinq aparmalarına şərait yaradılmasını tələb ediblər.
Könüllü gənclər qanuni tələblərinin yerinə yetirilməsinədək aksiyaya davam etmək niyyətindədirlər.
Hiç yorum yok:
Yorum Gönder