Kəlbəcərdə yük maşını aşıb, xəsarət alan var - FOTO



Kəlbəcər rayonunda yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb.

Bu barədə bakmiltv.info-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yanşaq kəndi ərazisində “Volvo” markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Hiç yorum yok:

Yorum Gönder

Pages