Bu kadrlar İmişli rayonu Heydər Əliyev prospektilə Həzi Aslanov küçəsinin kəsişməsində yerləşən ARAZ mehmanxanasının arxa tərəfindən və Əli Məmmədov küçəsindən lentə almışıq.Gözdən uzaq könüldən iraq bir yerdə yerləşən hər iki ərazi İMİŞLİ KOMMUNAL İSTEHSALAT birliyinin rəhbəri Ceyhun Süleymanovu qətiyyən maraqlandırmır. Ceyhun Süleymanovun tabeçiliyində çox saylı işçilərin olmasına baxmayaraq şəhər küçələrinin göz qabağında olan əraziləri həmişə təmiz saxlanılsada göz önündə olmayan yerlər isə zibilliy meydançasını xatırladır. Amma insafən idarənin balasında olan texnikaların da bərbad halda olması onların onauzda yarıtmaz fəaliyyətlərini dahada bərbad edir. Bəs şəhər küçələrinin və şəhər ərazisində belə zibillərin qalaq-qalaq yığılıb qalması,insan- ların sağlamlığının təhlükə altında qalması görəsən Ceyhun Süleymanovu və onun havadarlarını maraqlandırırmı?
Mehman Məmmədoğlu
Mövzuya qayıdacağıq.
Hiç yorum yok:
Yorum Gönder