Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var



Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Meyniman kəndində qeydə alınıb.

Qəza zamanı kənd sakinləri, 1979-cu il təvəllüdlü Nəsirov Vəfadar Əzabulla oğlu və 1967-ci il təvəllüdlü Təhsin Namaz oğlu Eynalov müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages