Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın ümummilli lideri Heydər Əliyevi vəfatının 19-cu ildönümündə anıb.
Bu barədə türkiyəli diplomat “Twitter” səhifəsində paylaşım edib:
“Vəfatının 19-cu ildönümündə Can Azərbaycanın ümummilli lideri, böyük dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiram və rəhmətlə yad edirəm.
Qardaşlığımız və birliyimiz “Bir millət, iki dövlət” şüarı əsasında davam edəcək”.
Hiç yorum yok:
Yorum Gönder