Bakıda Rəsul Rza və Dilarə Əliyeva küçələrinin kəsişməsində polis motosikletinin iştirakı ilə baş verdiyi iddia edilən qəzanın təfərrüatları bəlli olub.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, polis motosikletini sözügedən ərazidə park edərək dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələrinə protokol tərtib edib:
“Bu zaman yaxınlıqda iki nəqliyyat vasitəsi toqquşub. Qəza iştirakçısı olan nəqliyyat vasitələrindən biri polisin park halında olan motosikletinə çırpılıb. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Nəqliyyat vasitəsinə və polisin xidməti motosikletinə maddi ziyan dəyib”.
16:26
Bir neçə dəqiqə əvvəl Bakıda polis motosikletinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Rəsul Rza və Dilarə Əliyeva küçələrinin kəsişməsində qeydə alınıb.
Qəza zamanı YPX-yə məxsus motosikletlə “Honda” markalı avtomobil toqquşub.
Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Qəza zamanı xəsarət alan olmayıb.
Samir İsayev
Hiç yorum yok:
Yorum Gönder