Azərbaycanda əsgər özünü güllələyib öldürdü - FOTO



Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun 5 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bunu BAKMİLTV. İNFO-ya Respublika Hərbi Prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages