“Bir neçə gün bundan qabaq sosial şəbəkə istifadəçiləri ot-ələf basmış qəbrin şəklini paylaşmışdılar. Bu mənzərə bizi buraya gəlməyə sövq etdirdi. Qəbrin otu, kol-kosu təmizlənsə də gördüyümüz mənzərə əslində çox sarsıdıcıdır”.
Bizim.Media xəbər verir ki, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev kimi dahilərin müəllimi olan Asəf Zeynallı Yasamal qəbiristanlığının bir küncündə tərk edilib.
Qəbir daşı belə köhnəlib, əldən-gözdən düşüb. Daşın üstündə isə hamımızın sevdiyi bir mahnının notları var...
Bu mahnı böyük Cəfər Cabbarlının “Ölkəm” şeirinə yazılmış mahnının notlarıdır. İndi onun ölkəsinin vətəndaşı, səlahiyyət sahibləri ildə iki dəfə də olsa gəlib burada səliqə-səhman işi aparmağa vaxt tapa bilmir. Ən sarsıdıcı məqam isə odur ki, qəbir daşının üstündəki yazılardakı səhvləri düzəltməyə belə, onun canından çox sevdiyi ölkəsinin Mədəniyyət Nazirliyinin imkanı yoxdur.
Hiç yorum yok:
Yorum Gönder