Güney Azərbaycan Milli Hökuməti cəmi bir illik fəaliyyəti dövründə tarixdə misli görünməmiş inqilabi dəyişikliklərə imza atdı. Milli Ordunun yaradılması, torpaq islahatının həyata keçirilməsi, qadınlara seçki hüququnun verilməsi, Təbriz Universitetinin, Təbriz Dövlət Teatrı və Filarmoniyasının yaradılması, çoxsaylı məktəblərin, xəstəxanaların tikilməsi, yolların çəkilməsi Pişəvəri hökumətinin az bir zamanda gördüyü işlərin yalnız bir qismidir. Təkcə onu demək kifayətdir ki, bir il ərzində 250 mindən çox kəndliyə torpaq verilmişdi – aqrar bir ölkə üçün bunun nə demək olduğunu geniş şərh etməyə ehtiyac yoxdur.
Lakin Milli Hökumətin gördüyü ən mühüm iş, heç şübhəsiz, Azərbaycan türk dilinin dövlət dili elan olunması, onun təhsildə, rəsmi yazışmalarda əsas dil statusu alması idi.
Bu elə bir addım idi ki, 1946-cı ilin dekabrında beynəlxalq güclər tərəfindən dəstəklənən şah ordusu Milli Hökuməti devirməyə müvəffəq olsa da, onun izlərini məhv edə bilmədi və Güney Azərbaycan əhalisi Pişəvərinin son səngərimiz adlandırdığı ana dili uğrunda mübarizə meydanını tərk etmədi.
Qeyd edək ki, “Azad İran” “Telegram” kanalı bu hadisələrlə bağlı süjet hazırlayıb. Həmin süjeti təqdim edirik:
Hiç yorum yok:
Yorum Gönder