Türkiyədə iki ilə yaxındır müalicə alan qazi Vətənə qayıdıb - FOTO



Vətən müharibəsindən sonra müalicə üçün Türkiyəyə göndərilən qazi Elşən Xanəliyev Vətənə qayıdıb.

“Report”un Muğan bürosunun məlumatına görə, İkinci Qarabağ döyüşlərinin iştirakçısının qardaş ölkədəki müalicəsi başa çatıb və o, doğulduğu Cəlilabad rayonuna dönüb.

Qazimizin qarşılanma mərasimi rayondakı Şəhidlər xiyabanının önündə keçirilib. Mərasimdə E.Xanəliyevin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Xanəliyev Vətən müharibəsi zamanı, 2020-ci ilin oktyabr ayının əvvəllərində Cəbrayıl istiqamətində yaralanıb. O, 2021-ci ilin fevral ayında müalicə üçün Türkiyəyə göndərilib.

E.Xanəliyev Vətən müharibəsində göstərdiyi şücaətlərə görə “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Hiç yorum yok:

Yorum Gönder

Pages