Sunak Britaniyanın İsraildəki səfirliyini Qüdsə köçürməkdən imtina etdi



Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak keçmiş baş nazir Liz Trassın krallığın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək planlarından imtina edib.

Mühafizəkar İsrailin Dostları partiyası üçün keçirilən tədbirdə çıxış edən Sunak səfirliyin köçürülməsi və Qüdsün İsrailin paytaxtı kimi rəsmən tanınması lehinə “çox güclü arqumentlərin” olduğunu deyib.

Eyni zamanda, Sunak etiraf edib ki, bunu demək etməkdən daha asandır.

Qeyd edək ki, 2017-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın qərarı ilə Ağ Ev Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və səfirliyi ora köçürüb.

Mənbə: gazeta.ru

Hiç yorum yok:

Yorum Gönder

Pages