Şəhid Piriyev Raul Zabid oğlunun xatirəsinə



Şəhid Piriyev Raul Zabid oğlu 04.06.1997-ci ildə Şəmkir rayon Kür qəsəbəsində anadan olmuşdur.
2003-cü ildə Şəmkir rayon ,Kür qəsəbəsi H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin birinci sinifinə qəbul olub.
2006-cı ildə Bakı şəhər Sabunçu rayonu F.Bayramov adına 22 saylı tam orta məktəbin üçüncü sinifində təhsilini davam etdirib .
2015- ci ilin may ayında orta məktəbi bitirərək AZTU- nin (Azərbaycan Texniki Universiteti ) "Dəmiryol Nəqiliyyatı və Təsərrüfatı mühəndisliyi" fakültəsində təhsil almışdır.Təhsil aldığı müddətdə qrup rəhbəri ( starst ) kimi faliyyət göstərmişdi.
2016-cı ilin aprelin 25- də McDonald's restoranının Gənclik filialında iş faliyyətinə başlamışdır. İş faliyyəti müddətində ,,ilin ən yaxşı işcisi" ,,ilin ən surətli işcisi"....bir sıra diplom və hədiyyələrlə təltif olunmuşdu.
2019-cu il , 2 iyul tarixində bakalavr ali peşə - ixtisas dərəcəsi ilə təhsilini bitirdi.
2019 - cu il ,3 oktyabr tarixində Şəmkir rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır . 
2019-cu ilin , 8 oktyabr tarixində həqiqi hərbi xidmətə yola salınıb.
İlk öncə Ağcabədidə , 2019 dekabr ayında  könüllü olaraq Xüsusu Təyinatlı Qüvvələrin tərkibinə daxil olmuş və Cəlilabadın Göytəpə  hərbi hissəsində davam etmişdir.
2020 -ci il ,27  sentyabırda  gedən  ikinci vətən müharibəsi zamanı Murov,  Kəlbəcər , Xocavənd , Fizuli, Cəbrayıl  istiqamətində gedən döyüşlərdə qəhramanlıq göstərmişdir
2020-ci il , 5 oktyabr tarixində Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə qəhramancasına  şəhadətə yüksəlmiş və  15 oktyabırda Maştağada qəsəbəsində  yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Ali baş komandanın sərancamı  ilə ,,
1- "Şücaətə görə" 
2 - "Döyüşdə fərqlənməyə görə"
3 - "Füzulinin azad olunmasına görə"
4 - "Vətən uğurunda" 
5 - "Cəsur döyüşcü"
6 - "Bayrağ ordeni "
7- "Cəbrayılın azadlığı uğrunda "
8- "Kəlbəcərin azadlığı uğrunda "
Orden və medalları ilə təltif olunmuşdur.
Bakmiltv.info İlqar Əlioğlu. 

Hiç yorum yok:

Yorum Gönder

Pages