Türkiyənin “Baykar” müdafiə sənayesi şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə Bayraktar öz “Twitter” hesabında paylaşım edib.
“Dursa qarşımda bütün cahan, vermərəm öz torpağımdan.
Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının 2-ci ildönümü mübarək olsun.
Müqəddəs şəhidlərimizin ruhu şad olsun”, - deyə o paylaşımında qeyd edib.
Hiç yorum yok:
Yorum Gönder