Sahil Babayev: “Yaşa görə pensiyanın orta aylıq məbləği 450 ətrafında olacaq”



“Azərbaycan sosialyönümlü siyasəti ilə əhalinin rifah halının yüksəldilməsi üçün öz hədəflərini müəyyən edir və həyata keçirir”.

APA xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, qısa müddət ərzində sosialyönümlü xərclərin iki dəfə artması böyük nailiyyətdir: “Ölkədə əməkhaqlarının artırılması sahəsində islahatlar davamlı nəticə göstərir. Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir. Həm yaşa görə, həm də ümumi pensiyaların 400 manatın üzərində olması planlaşdırılır. Yaşa görə pensiyanın orta aylıq məbləğini 450 manat ətrafında, ümumi pensiyanı isə 400 manat planlaşdırırıq”.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages