Ərdoğan: “Bakı-Tbilisi-Ceyhan qlobal miqyasda ən uğurlu enerji layihələri arasındadır” - VİDEO



“Ortaq coğrafiyamız strateji enerji dəhlizlərinin kəsişməsində yerləşir. Türkiyə uzun müddətdir özünün və bölgəsinin enerji təchizatı təhlükəsizliyini dəstəkləmək üçün fasiləsiz addımlar atmaqdadır”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə deyib.

O qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri qlobal miqyasda ən uğurlu enerji layihələri arasındadır.

“Cənub Qaz Dəhlizi isə Avropaya qaz nəql edəcək dördüncü arteriya olaraq layihələndirilib. Onurğa sütununu Trans-Anadolu təbii qaz boru kəmərinin təşkil etdiyi bu dəhliz əlavə qaz tədarükü ilə daha da genişləndirilə bilər. Xəzər hövzəsi bunun üçün ağla ilk gələn mənbədir. Enerji sahəsində təşkilatımızın nəzdində və ikitərəfli səviyyədə əməkdaşlıqla həyata keçirəcəyimiz ortaq layihələrə bu baxımdan böyük önəm veririk”, - deyə Türkiyə lideri vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages