“Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var”.
“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib.
“Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdik. Sülhməramlı missiyaya qoşulan NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasındaydıq. Həmçinin, Azərbaycan Əfqanıstandan çıxan son iki ölkədən biridir. Son iki ölkə - Türkiyə və Azərbaycandır. Bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir”, - Prezident vurğulayıb.
Hiç yorum yok:
Yorum Gönder