General Rza Talıbov işdən çıxarılıb? - VİDEO



Bir müddətdir mətbuatda general Rza Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər dərc edilir.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin adını vermək istəmədiyi yüksək rütbəli şəxsi Manset.az-a bildirib ki, DMX-nin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması haqda məlumatlar yalandır:

“O hazırda işdədir. Üzərinə düşən işlərlə məşğuldur. Vəzifəsini icra edir. İşdən çıxarılması xəbəri yalandır”.

Qeyd edək ki, Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.

Hiç yorum yok:

Yorum Gönder

Pages