“Heyətdə rotasiya elədim. Sonlarda bəxtimiz gətirdi”.
“Report”un məlumatına görə, bunu “Ayntraxt”ın baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonrakı mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis Bakıdakı qarşılaşma ilə bağlı danışarkən qeyd edib ki, güclü rəqibə qarşı oynayıblar: “Qarabağ” çox gözəl futbol nümayiş etdirdi, işimizi çətinləşdirdi. Qurban müəllim burada möhtəşəm iş görüb. Rəqib gözəl futbol oynadı. Komandamın bu gün bəxti gətirdi ki, buradan 1 xalla qayıdırıq”.
Hiç yorum yok:
Yorum Gönder