Ermənistan ordusunun hərbçisi həmkarının açdığı atəş nəticəsində ölüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb.
Qeyd olunur ki, noyabrın 15-də hərbi hissələrdən birinin döyüş mövqeyində sıravi Vahe Ovsepyan (2002-ci il təvəllüdlü) həmkarı tərəfindən açılan atəş nəticəsində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Hiç yorum yok:
Yorum Gönder