CİNAYƏT TÖRƏTDİKCƏ RÜTBƏSİ ARTAN POLİS.




Ona bu şəraiti kim(lər) yaradır?

Bakmiltv.info nun məlumatına görə Yutub kanalında diqqət çəkən video-faktlarla qarşılaşdıq. Bir polis baş leytenantı Zaqatala rayonunda aldatma yolu ilə bir qızın həyatını məhv edib. İşin üstü açılanda həmin polisi, rütbəsini artırmaqla, Şabran rayonuna DYP bölməsinə  rəis göndəriblər. Şabranda da cinayət əməllərindən əl çəkməyən rəisi vəzifədən çıxarıblar. Lakin bu dəfə də onun xidmət yerini dəyişərək Ağsu rayon DYP bölməsinə baş müfəttiş təyin ediblər... Məsələni araşdırmaq qərarına gəldik.
Vasif Bəlyar oğlu Bəşirli 4 il əvvəl Zaqatala RPŞ-nin DYP bölməsində işləyərkən Gülşən adlı(ad şərtidir) qızla tanış olub. Şəxsiyyət vəsiqəsi almaq üçün rayon polis şöbəsinə gedən Gülşəni baş leytenant Vasif Bəşirli orda görüb və xoşuna gələn qıza telefon nömrəsini verərək, "Nə çətinliyin olsa, mənə zəng vur" - deyib. Cavan qızın, öz dediyinə görə, doğrudan da çətinliyi yaranıb və Vasif Bəşirliyə zəng edib... Beləcə, onların münasibətləri başlayıb. Dəfələrlə görüş əsnasında V. Bəşirli Gülşənə ailəsindən ayrılmaq istədiyini və onunla yaşamağa hazır olduğunu bildirib. Gəncliyin təcrübəsizliyi, sadəlövhlüyü Gülşəni polis zabitinə inandırıb və onların növbəti otel görüşündə    Gülşən hamilə qalıb və bunu Vasif Bəşirliyə bildirəndə, ikinci tərəf uşağın tələf edilməsini, qızın da ondan uzaqlaşmasını tələb edib. Gülşənin "102" zəngləri Vasifi və onun ailəsini təşvişə saldığından, qızı şirin dillə aldadaraq, yaxına çəkiblər və onun uşağı salması ilə nəticə əldə ediblər. Bundan sonra qızı ölümlə hədələyərək, ona hədə-qorxu gəlməyə başlayıblar. Aldadıldığını, gec də olsa, başa düşən Gülşən, sonradan hara şikayət etsə də, nəticəsi olmayıb. Çarəsini sosial şəbəkələrdə paylaşmaqla axtaran qızın müraciətləri bu günədək cavabsız qalıb. Əvəzində, baş leytenant Vasif Bəşirli rütbəsi artırılmaqla, Şabran rayon PŞ-nin dövlət yol polisi bölməsinə rəis təyin olunub.
Şabranda da Vasif Bəşirli qanunsuz əməlləri ilə gündəmə gəlib. Belə ki, o, əvvəlcədən əlbir olduğu şəxs vasitəsilə rayonda işə düzəltmə adı ilə bir sıra vətəndaşdan rüşvət alıb, hətta işə düzəltdiyi adamların birinci aylıq maaşlarına da əl qoyub.(Bu barədə də yutub kanalında səs yazıları paylaşılıb.) Məsələ Daxili İşlər Nazirliyin nəzarətinə götürülüb. Araşdırmanın nəticəsi olaraq, bir neçə ay əvvəl Vasif Bəşirli Şabrandakı vəzifəsindən alınaraq, Ağsu rayon PŞ-nin DYP bölməsinə mayor rütbəsilə baş müfəttiş göndərilib. Sosial şəbəkələrdə cinayət əməllərinə görə adı hallanan polis zabiti bu gün də sakit, şad-xürrəm xidmətinə davam etməkdədir. Kim qarant dura bilər ki, islah olunmağa meyilli görünməyən Vasif Bəşirlinin qanunsuz əməlləri Ağsuda da davam etməyəcək?.. Əslində, Vasif Bəşirli yuxarıda hallanan əməlləri ciddi araşdırılmalı, hüquqi qiymət almalı, təsdiq olunduğu halda, ona "Vəzifəsindən sui-istifadə", "Aldatma yolu ilə cinsi təcavüz", "Bətndəki uşaq ölümünə səbəb olma", "Dələduzluq" maddələri ilə istintaqa cəlb olunmalı idi. 
Maraqlıdır ki, bu qədər ictimailəşmiş cinayət əməllərinin müqabilində Vasif Bəşirlini qoruyan "gözəgörünməz" qüvvə kimdir?! Özü etiraf edirki Şabrana gəlmək üçün üç evin pulunu verib.Bəsə Ağsu rayon Y.P.X.nə gəlmək üçün nələrdən keçib?Bəlkə Vasif Bəşirlini qoruyan elə həmin qara qüvvələrdir.Hər halda, gec-tez haqq öz yerini tapacaq.

Mövzuya qayıdacağıq.

Mehman
 Məmmədoğlu

Hiç yorum yok:

Yorum Gönder

Pages