Bakıda terrorizmi təbliğ edən filmə qarşı etiraz aksiyası keçirilir – FOTO/VİDEO



Bakıda “Landmark” plazanın qarşısında “Odda - İki bacı” adlı filmin nümayişilə bağlı etiraz aksiyası keçirilir.

Oxu.Az xəbər verir ki, nümayişçilər “Terrorizmə son”, “Türkiyə Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə!”, “Rədd olsun PKK!”, “Rədd olsun terroristlər!”, “Terrora stop!” və digər şüarlar səsləndiriblər.

Etiraz aksiyası dinc şəraitdə keçirilir. Polis nümayişə müdaxilə etmir, belə ki, etirazçılar tərəfindən hər hansı bir asayışın pozulması halları müşahidə olunmur. Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Bakıda fəaliyyət göstərən kinoteatrlar Almaniya və Yunanıstan istehsalı olan filmin nümayişindən imtina ediblər. Buna səbəb isə onun məzmununun ölkəmizdə narazılıq yaratmasıdır. Belə olan halda Almaniyanın Azərbaycandakı səfirliyi Avropa İttifaqı ilə birlikdə hazırladıqları filmin nümayişinin “Landmark” plazada təqdim edilə biləcəyini bildirib.

Filmdə cərəyan edən hadisələr əslən İraqdan olan Rojda adlı qadının həyat hekayəsini əhatə edir. Belə ki, o əslən kürddür və Almaniya ordusunda xidmət edir. O, anası ilə İraqdan qaçarkən bacısı itkin düşür. Rojda bacısını axtarmaq üçün təyinatını vətəninə saldırır və burada kürd pəşmərgə silahlılarına təlimlər keçir.

Hiç yorum yok:

Yorum Gönder

Pages