Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından Bakmiltv. İnfo-ya verilən məlumata görə, 12 yaşlı oğlanların yarışında Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb.
Bu kateqoriyada onu yarım xal qabaqlayan polşalı Patrik Cieslak qızıl medalçı olub.
10 yaşlı qızların yarışında Leyla Mirzəliyeva 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.
Xatırladaq ki, Avropa çempionatında ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.
Hiç yorum yok:
Yorum Gönder