Hörmətli İlham Heydər oğlu, Sizin xüsusi xidmətiniz olan milli birliyin və q ürur hissinin səfərbər olunması ilə Ali Baş Komandan kimi böyük sərkərdəlik məharətinizlə qazanılmış zəfər bayramı münasibəti ilə Sizi öz adımdan və partiya əməkdaşlarım adından səmimi qəlbdən təbrik edirəm. Kamil bir bir yaş dövrünüzdə güclü bir siyasi xadim və böyük sərkərdə kimi Siz Azərbaycan xalqına və dövlətçiliyinə layiqli xidmətinizlə fərqlənməklə dünyanın siyasi arenasında nüfuzlu yer tutmusunuz.
Bu gün bütün dünya azərbaycanlıları Sizinlə qürur duyur, 35 milyonluq Güney Azərbaycan (İran azərbaycanlıları) Təbrizdə və digər bölgələrdə Sizin portretlərinizi yaymaqla dünya birliyində tutduğunuz layiqli mövqeyə söykənərək genişmiqyaslı mitinqlərə çıxırlar və tələblər irəli sürürlər.
Heydər Əliyev hakimiyyəti dövründə Respublikanın qazandığı uğurların davamı və inkişafı məhz Sizin sayənizdə daha parlaq inkişaf zirvəsindədir. Azərbaycanın iqtisadi və siyasi həyatında, eləcədə ordu quruculuğunda Sizin hakimiyyətiniz dövründəki inkişaf həm qonşuluqda, həm də qonşuluqdan kənarda olan bəzi dövlətlərdə paxıllıq və ikrah hissi yaradıb.
Hörmətli İlham Heydər oğlu Siz yeganə tarixi səxsiyyətsiniz ki, 30 il işğal altında olan torpaqların güc yolu ilə qaytarılmasını, xalqın mənəvi qürurunun bərpa olunmasını təmin etdiniz və Azərbaycan tarixində tarix yazan sərkərdə oldunuz. Türk dövlətlərinin ali nişanına layiq görüldünüz. Qazanılan zəfərin davamlı nəticələrinin əldə olunması yalnız Sizin sərkərdəliyiniz sayəsində mümkündür. Bu işdə Sizə uğurlar və can sağlığı arzu edirəm və bir qrup xəstə təmayüllü insanların pozuculuq fəaliyyəti sağlam düşüncəli insanlar tərəfindən pislənilir və bütünlüklə xalqın dəstəyi Sizinlədir.
Hörmətli İlham Heydər oğlu, Sizin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, beynəlxalq arenada nüfuz qazanması ilə bağlı gördüyünüz işlər bir reallıqdıq. Sizə dünyanın və Azərbaycanın bu böhranlı vəziyyətində gördüyünüz işlərə, apardığınız uğurlu siyasətə görə uğurlar diləyirəm. Bu gün dünya nizamının dəyişilməsi astanasındayıq. Bu böhranlı vəziyyətdəki gərgin əməyinizə, iradə və səbrə görə Allah yardımçınız olsun deyirəm.
Sizə və ailənizə möhkəm can sağlığı, ailə səadəti, şərəfli ömür arzulayıram. Allah Sizləri qorusun.
Hörməttlə,
Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov
Hiç yorum yok:
Yorum Gönder