Vatikanda Koreya müqəddəsinə abidə ucaldılacaq



Koreya Katolik Kilsəsi müqəddəs Endryu Kim Te-Qonun anadan olmasının 200-cü ildönümü münasibətilə Romadakı Müqəddəs Pyotr kilsəsi yaxınlığında Koreyanın ilk əzabkeş keşişinin heykəlinin ucaldılacağını bildirib.

Heykəlin quraşdırılmasına hazırlıqlar Papa Fransisklə Koreya arxiyepiskopu Lazzaro Hın Siq Yu arasındakı razılaşmadan sonra başlayıb.

Məlumata görə, heykəlin hazırlanması və quraşdırılması xərcləri Koreya Yeparxiyası tərəfindən qarşılanacaq. Mərmər heykəlinin hazırlanması prosesinə görkəmli koreyalı heykəltəraş Han Jin Sop rəhbərlik edir. Heykəlin ümumi çəkisi 40 tona yaxındır.

Hiç yorum yok:

Yorum Gönder

Pages