İstanbuldakı Birgə Koordinasiya Mərkəzi taxıl dəhlizi üzrə yoxlama işlərində gecikmələr olduğunu təsdiqləyib.
Bu barədə oktyabrın 24-də mərkəzin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, 113 gəmi yoxlamanı, daha 60 gəmi isə Türkiyənin ərazi sularında taxıl ixracı prosesinə qoşulmağı gözləyir.
“Mərkəz gecikmələrin tədarük zəncirini və liman əməliyyatlarını poza biləcəyindən narahatdır”, - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, Birgə Koordinasiya Mərkəzi iyulun 22-də Rusiya, BMT, Türkiyə və Ukraynanın iştirakı ilə yaradılıb. Tərəflər Ukrayna ərazisindəki üç limandan - Çernomorsk, Odessa və Yujnı limanlarından taxıl ixracına dair razılığa gəliblər. Gəmilər Türkiyəyə çatdıqda məhz Koordinasiya Mərkəzi nümayəndələri tərəfindən yoxlanılır.
Mənbə: bakmiltv.info
Hiç yorum yok:
Yorum Gönder