Şotlandiyanın birinci naziri Nikola Stercen Rişi Sunakın Böyük Britaniyanın növbəti baş naziri olacağı xəbərindən sonra yeni seçkilərə və Şotlandiyanın müstəqilliyinə çağırıb.
Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Şotlandiya üçün Sunak “səs vermədiyimiz növbəti bir baş nazir olacaq”.
“Burada mandatı olmayan Vestminster hökumətlərindən zərər görməmək və gələcəyimizi öz əlimizə almaq üçün Şotlandiya müstəqilliyə ehtiyac duyur”, - deyə Stercen əlavə edib.
Xatırladaq ki, iyun ayında birinci nazir 2023-cü il oktyabrın 19-da Şotlandiyanın Böyük Britaniyadan ayrılması ilə bağlı ikinci referendum keçirmək niyyətində olduğunu bildirmişdi.
Mənbə: bakmiltv.info
Hiç yorum yok:
Yorum Gönder