Şəkər xəstəsi olan Əməkdar artistin son durumu: “Ürəyinin cəmi 30 faizi işləyir”



Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan tanınmış xanəndə, Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vəziyyətində irəliləyiş var.

Bunu “Report”a açıqlamasında xanəndənin qızı Aygün Abdullayeva deyib.

O bildirib ki, atası 18 gündən sonra qida qəbul edib:

“Dünən axşamdan yemək yeməyə başlayıb. Çox sevinmişik. Şəkər xəstəsi olduğu üçün ayağındakı qanqren narahatlıq verir. Həkimlər müayinə ediblər. Uzun müddət ac qaldığı üçün orqanizm zəifləyib. Ürəyinin cəmi 30 faizi işləyir, damarlarının vəziyyəti də yaxşı deyil. Həkimlər bildirdilər ki, ümumi halı yaxşılaşsa, müalicə aparılar və ayağı amputasiya edilə bilər”.

A.Abdullayeva atasına göstərilən diqqətə görə hər kəsə təşəkkür edib: “Hər cür dəstək göstərirlər. Minnətdaram”.

Qeyd edək ki, S.Abdullayev 1939-cu ildə anadan olub.

Hiç yorum yok:

Yorum Gönder

Pages