Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 4-ə enib.
Bakmiltv. İnfo-nın məlumatına görə, siyahıda “Qarabağ” da yer alıb.
“Köhlən atlar” Azərbaycan Premyer Liqasındakı ilk doqquz qarşılaşmanın hamısında meydanı üç xalla tərk edib. Ölkə çempionunun III turda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.
Lüksemburqda “Düdelanj” (9), Yunanıstanda “Panatinaikos” (8), Ukraynada “Dnepr-1” (6) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.
Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının XI turunda oktyabrın 20-də “Turan Tovuz”u qəbul edəcək.
Hiç yorum yok:
Yorum Gönder