Avropa İttifaqının beşinci sanksiyalar paketi Rusiyadan Avropa İttifaqına spirtli içkilərin idxalını qadağan edir.
İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini isə bu səbəbdən hüquqi nəticələr gözləyir.
Belə ki, Rusiya Prezidenti Vladimir Putinlə italiyalı siyasətçi Silvio Berluskoni bir-birilərinə spirtli içki hədiyyə edib və bununla da Avropanın Rusiyaya qarşı sanksiyalarını pozub.
Bu barədə Almaniyanın Avropa Komissiyasının nümayəndəsi məlumat verib.
Məhdudiyyətlər Rusiyadan Aİ-yə spirtli içkilərin idxalını qadağan edir. Aprel ayında qüvvəyə minən 5-ci sanksiyalar paketinə araq idxalına qadağa da daxildir.
“Sanksiyaların icrasına görə məsuliyyət Aİ dövlətlərinin üzərinə düşür. Çünki ilkin olaraq məhdudiyyətlərin hədiyyələrə şamil edilib-edilmədiyi bəlli deyildi. Berluskoninin Ukrayna ilə bağlı mövqeyi isə hələ də Avropa və ABŞ-ın mövqeyi ilə üst-üstə düşür”, - deyə nümayəndə qeyd edib.
Daha əvvəl Berluskoni İtaliya mətbuatına müsahibəsi zamanı öyünüb ki, Putin ona ad günü üçün 20 şüşə araq və “çox incə bir məktub” göndərib. Berluskoni isə öz növbəsində cavab olaraq Putinə italyan şərabı şüşələri göndərib.
Mənbə: Focus.ua
Hiç yorum yok:
Yorum Gönder