Böyük Britaniya hakimiyyəti Qətərdə keçirilən Dünya Çempionatı müddətində törətdikləri qanun pozuntularına görə idman yarışlarında iştirakına məhdudiyyət qoyulan azarkeşlərə ölkədən çıxmağı qadağan edib.
Bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, İngiltərə və Uelsdən olan və futbol stadionlarına girişi qadağan edilən 1,3 min azarkeş yeni tələblərə görə, Dünya Çempionatının sonuna qədər pasportlarını polisə təhvil verməlidir. Əks halda, onları altı aya qədər həbs və cərimə gözləyir.
Pasportlar dekabrın 18-də turnirin sonunda azarkeşlərə qaytarılacaq.
Eyni zamanda, Dünya Çempionatı zamanı onların Böyük Britaniyadan başqa ölkələrə getmələri lazım gələrsə, polisdən xüsusi icazə almalıdırlar.
Bildirilir ki, Britaniya hüquq-mühafizə orqanlarının turnir zamanı qətərli həmkarları ilə sıx əməkdaşlıq edəcək. Qətərdə ictimai asayişi pozan azarkeşlər Böyük Britaniyaya qayıtdıqdan sonra vətənlərində futbola getmək qadağası ilə üzləşəcəklər.
Qeyd edək ki, futbol üzrə Dünya Çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Mənbə: TASS
Hiç yorum yok:
Yorum Gönder