Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada şəhərin ən böyük stadionda keçirilən konsertdə izdiham nəticəsində biri polis olmaqla azı 11 nəfər həlak olub.
Bakmiltv. İnfo xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini, daxili işlər, təhlükəsizlik və ənənəvi hüquq naziri Daniel Aselo Okito Vankoy bildirib.
“Əldə etdiyimiz məlumata görə, baş verənlərə görə konsertin təşkilatçıları günahkardır. İzdiham olub və insanlar boğulub”, - nazir qeyd edib.
O, cinayətkarların tapılaraq cəzalandırılacağını vurğulayıb. Rəsmilər daha əvvəl səkkiz nəfərin öldüyünü bildirmişdilər.
Qeyd edək ki, müğənni Falli İpupanın oktyabrın 29-da baş tutan konsertində izdiham yaranıb. 80 min nəfər üçün nəzərdə tutulmuş stadionda bütün oturacaqlar dolub, eyni zamanda tamaşaçılar dəhlizlərə də toplanıb. Nəticədə səhnəyə yaxınlaşmaq istəyən kütlənin təzyiqini polis saxlaya bilməyib və nəticədə izdiham yaranıb.
Mənbə: TASS
Hiç yorum yok:
Yorum Gönder