Əməkdar artist dəfn olunacağı yer məlum oldu - YENİLƏNİB



Əməkdar artist, xanəndə Süleyman Abdullayevlə (Dədə Süleyman) vida mərasimi bu gün saat 14:00-dan 15:00-a kimi yaşadığı evdə - Bakı şəhəri, Yasamal rayonunda keçiriləcək.

APA-nın xəbərinə görə, daha sonra xanəndə Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində ailə məzarlığında dəfn ediləcək.

11:00

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.

Bu barədə "Report"a xanəndənin qızı Aygün Abdullayeva bildirib.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır.

Xanəndə oxuduğu muğamlarda klassik şairlərin - Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verib. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılıb.

2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.


Hiç yorum yok:

Yorum Gönder

Pages