Cared Leto öz kosmetika xəttini təqdim edib



Amerikalı aktyor və müğənni Cared Leto “Twentynine Palms” brendi altında öz kosmetika xəttini buraxıb.

Xəttə üz və bədən dərisinə qulluq və saç baxımı üçün 11 məhsul daxildir. Onların istehsalı üçün səhra bitkilərindən alınan maddələrdən istifadə olunur.

Sənətçi etiraf edib ki, kosmetikanın özü onun üçün çox da maraqlı deyil.

“Mənim heç vaxt şəxsi qulluq vasitələrinə marağım olmayıb. Ancaq hər zaman təbii yolla özünə qulluq etmək fikri məni cəlb edib”, - deyə kino ulduzu bildirib.

Gender baxımından neytral məhsullar təkrar emal edilmiş plastik şüşələrə qablaşdırılır. Məhsulların qiyməti təxminən 40-90 dollardır.

Mənbə: bakimillitv.info

Hiç yorum yok:

Yorum Gönder

Pages