Binəli Yıldırım və digər rəsmilərin son durumu AÇIQLANDI



Azərbaycanda səfərdə olarkən avtomobil qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər.

Bu barədə Bakmiltv. İnfo-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlar mütəmadi həkim nəzarəti altındadırlar.

Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə, vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə buraxılacaqları gözlənilir.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən siyasətçilərin avtomobili Zəngilan Hava Limanına gedən yolda qəzaya uğrayıb. Səhhətləri yaxşı olan Binəli Yıldırım və Şamil Ayrım yoxlanış məqsədilə helikopterlə Bakıdakı xəstəxanaya aparılılar 

Hiç yorum yok:

Yorum Gönder

Pages