Bakıda qadın qatarın altında qalaraq öldü



Bakının Qaradağ rayonunda qadın dəmiryol qatarının altında qalaraq ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in qaynar telefon xəttinə dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Hiç yorum yok:

Yorum Gönder

Pages