Bakıda çəkilən qaz xətti sağlamlıq imkanları məhdud şəxslərin yolunu kəsdi - “Azəriqaz”-dan REAKSİYA



Bakıda piyada səkisinin sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulan hissəsi zəbt edilib.

Bakmiltv.info xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb. 

Dərnəgüldə yaşayış binalarının yanında sağlamlıq imkanları məhdud şəxslər üçün düzəldilmiş yolu bağlayıblar.

Belə ki, “Azəriqaz” İB tərəfindən həmin hissədən fotoda göründüyü kimi qaz xətti çəkilib. Mövcud vəziyyət sağlamlıq imkanları məhdud şəxslər üçün ciddi çətinlik yaradıb.

Fotolar sosial şəbəkədə müzakirələrə səbəb olub. 

“Azəriqaz” İB-dən məsələnin qeydə alındığı, araşdırılıb ən qısa zamanda tədbir görüləcəyi bildirilib.

Könül Cəfərli

Hiç yorum yok:

Yorum Gönder

Pages