Ağırlıqqaldıranlarımız Avropa çempionatını 9 medalla başa vurdular



Ağırlıqqaldırma üzrə Azərbaycan yığması Albaniyanın Dürres şəhərində 20 və 23 yaşadək gənclər arasında keçirilən Avropa birinciliyini 9 medalla (3 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub.

Azərbaycan Ağır Atletika Federasiyasından bakmiltv.info-a verilən məlumatına görə, sonuncu yarış günündə 20 yaşadək idmançıların mübarizəsində Əli Şükürlü (109 kq) birdən qaldırmada 161 kiloqram ağırlığın öhdəsindən gələrək bürünc medala sahib çıxıb.

O, təkanla hərəkətdə 189 kiloqramı ram edərək 6-cı yeri tutub. Şükürlü toplam 350 kq (161+189) nəticə ilə yekun sıralamada 4-cü olub.

Hiç yorum yok:

Yorum Gönder

Pages