Son on gündür ki, yanğınsöndürənlər Afrikanın ən hündür dağı Kilimancaronun cənub tərəfində meşəlik ərazini bürüyən yanğının öhdəsindən gələ bilmirlər.
Dörd min metr hündürlükdə dağda yanğının başlaması faktı ilk dəfə oktyabrın 21-də məlum olub. Hazırda 500-ə yaxın yanğınsöndürən fəlakətlə mübarizə aparır. Bundan əlavə, yanğın dağın cənub hissəsində yerləşən episentrdən şərq tərəfə keçərək, tədricən Mavenziyə yaxınlaşıb.
Hazırda hadisənin səbəbləri məlum deyil. Eyni zamanda, yerli hakimiyyət orqanları yanğının qəsdən törədildiyini də istisna etmir.
Mənbə: BAKMILTV.INFO
Hiç yorum yok:
Yorum Gönder