Rusiyanın Belqorod şəhərində ticarət mərkəzindən bir qutu gəlincik oğurlanıb.

“Znamya31”in xəbərinə görə, bununla əlaqədar mağaza satıcıları polisə müraciət ediblər.

Ümumi qiyməti 18 min rubl (479 AZN) təşkil edən gəlinlikləri 15 yaşlı qızın oğurladığı məlum olub.

Polisin onu axtardığını bilən qız hadisəni anasına danışıb və onlar birgə polis idarəsinə gediblər.

Daha əvvəl polis qeydiyyatına düşməmiş yeniyetmənin anası “yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan lazımınca yerinə yetirilməməsi” maddəsi ilə məsuluyyətə cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir