“Bakı Metropoliteni”ndə yeni il ərəfəsində stansiyaların adlarını sənətçilər səsləndirəcək.

bakmiltv.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, sözügedən layihə mövcud olsa da, səsləndirmə ilə bağlı konkret olaraq seçilən şəxslərin siyahısı hələ bəlli deyil:

“Yadınıza gəlirsə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı “3 Alma”nın təşəbbüsü və “Bakı Metropoliteni”nin dəstəyi ilə 1-3 iyun tarixlərində metro uşaqlara həvalə olunmuşdu.

Bu kifayət qədər maraq cəlb etmişdi. Yeni il ilə bağlı bir konsept layihə daha hazırlanır. Bununla bağlı, bir sıra sənət adamlarına müraciət edilib. Sınaq üçün səslər yazılıb. Lakin hələ ki, seçilən şəxslərin siyahısı bəlli deyil. Gün ərzində bu barədə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir