Paytaxtın Yeni Yasamal 2 adlanan ərazisində binalarda aparılan təmir işləri bina 4 və 5-də yaşayan sakinləri su problemi ilə üz-üzə qoyub.

Baku.Tv-nin “Xəbər” buraxılışında yayımlanan süjetdə bildirilir ki, burada yaşayanlar təmir işləri başlayana qədər su ehtiyatlarını binanın damına yerləşdirdikləri su çənləri ilə ödəyib.

Təmir başlayandan sonra isə həmin sakinlərə 24 saatlıq su veriləcək deyərək çənləri yığışdırıblar. Gün ərzində səhər və axşam saatlarında ümumilikdə dörd saat su ilə təmin olunan binada yaşayanlar dəfələrlə Azərsu ASC-yə müraciət etsələr də, müraciətlərinə baxan olmayıb.

Evlərdə azyaşlı uşaqların və xəstə insanların olması isə vəziyyəti daha da çətinləşdirib.

Problemlə bağlı açıqlama verən Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, “sözügedən binalarda fasiləsiz su təchizatının olması üçün texniki imkanlarımız yoxdur, yaxın gələcəkdə problem aradan qaldırılacaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir